“Bakı” “Turan”la bacarmadı
14.09.2012 - 20:53
“Bakı” “Turan”la bacarmadı
Bu gün keçirilən 1 oyunla Premyer Liqanın V turuna start verilib. Apasport.az saytının məlumatına görə, milli komandaların 2014-cü il dünya çempionatının seçmə qrup oyunları ilə əlaqədar çempionatda yaranan 20 günlük fasiləyə “Bakı” – “Turan” matçı ilə yekun vurulub.

Oyunda ev sahiblərinin asan qələbə qazanacağı gözlənilsə də, onlar Tovuz təmsilçiləri ilə bacarmayıblar. Düzdür, “Bakı” fasiləyə üstün yollanıb. Lakin ikinci hissədə “Turan” hesabı bərabərləşdirib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.






Azərbaycan Premyer Liqası
V tur

14 sentyabr (cümə)

“Bakı” – “Turan” - 1:1
QOLLAR: İbrahim Karqbo, 38 - Ender Güllü,48
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15 sentyabr (şənbə)

17:00. “Kəpəz” - “Qəbələ”
Gəncə şəhər stadionu

17:00. “Neftçi” – “Xəzər Lənkəran”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

19:00. “İnter” – “Sumqayıt”
“Şəfa” stadionu

19:00. “Rəvan” – “Simurq”
Bayıl Arena stadionu

16 sentyabr (bazar)

18:30. AZAL – “Qarabağ”
AZAL Arena stadionu















  Klublar

O

Q

H

M

T-F

X

1

  Qarabağ

4

2

2

0

8-2

8

2

  AZAL

3

2

1

0

7-3

7

3

  Qəbələ

4

2

1

1

6-5

7

4

  Bakı

4

1

3

0

5-3

6

5

  Xəzər Lənkəran

3

1

2

0

5-1

5

6

  Simurq

3

1

2

0

4-1

5

7

  İnter

4

1

2

1

4-4

5

8

  Sumqayıt

4

1

1

2

5-12

4

9

  Turan

5

1

1

3

5-9

4

10

  Neftçi

2

1

0

1

3-1

3

11

  Rəvan

4

0

3

1

3-5

3

12

  Kəpəz

4

0

0

4

2-11

0