“Araz”ın öhdəsindən gələ bilərik”
14.09.2012 - 09:01
“Elit-raundun püşkünün bizim üçün uğurlu olduğunu söyləyə bilərəm. Çünki biz uzağa getməyib qonşu Sloveniyada oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “MNK Split” futzal klubunun baş məşqçisi İvitsa Osibov deyib.
O, futzal üzrə UEFA kubokunun elit-raundunun püşkatmasına münasibət bildirib. Xorvatiyalı mütəxəssis Azərbaycan çempionu “Araz”, həmçinin İspaniyanın “Barselona” və Sloveniyanın “Litija” klubları ilə birlikdə yer aldığı A qrupunu dəyərləndirib: “Araz” və “Litija” dişimizə görə olan rəqiblərdir. Onların öhdəsindən gələ bilərik. Rusiya “Dinamo”su ilə əsas mərhələdəki oyunumuzda göstərdik ki, istənilən rəqiblə oynaya bilərik. Bu mənada Avropanın ən güclüsü olan “Barselona” da istisna deyil. Amma bu mərhələdə bizim üçün nəticə əsas sayılmır. Digər komandalar bir-biri ilə mübarizə aparsın. Biz isə öyrənib, təcrübə toplayacağıq”.

0
0