“Azərbaycan üzərində qələbələrdən sonra yalnız müsbət yöndə düşünməliyik”
14.09.2012 - 09:39
“Lüksemburq və Azərbaycanı məğlub etməyimiz yaxşı oldu. Seçmə mərhələni 2 qələbə ilə başladıq”. Apasport.az saytının məlumatına görə. Bu sözləri Portuqaliya Futbol Federasiyasının vitse-prezidenti Umberto Koelyu deyib.
Ölkəsinin milli komandanın sabiq futbolçusu və keçmiş baş məşqçisi olan mütəxəssis yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki startına münasibət bildirib. Koelyu Lüksemburq (2:1) və Azərbaycan (3:0) üzərində qələbələrdən sonra final mərhələsindən danışıb: “Dünya reytinqinin 4-cü komandasıyıq. Lüksemburq və Azərbaycan üzərində qələbələrdən sonra yalnız müsbət yöndə düşünməliyik. Braziliya portuqal dilli ölkədir, bizə çox yaxındır. Orada bizim yığmanı gözləyənlər çoxdur. Ona görə də, dünya çempionatının final mərhələsinə mümkün qədər tez vəsiqəni təmin etməliyik”.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0