“Avropa Liqasında layiqli mübarizə aparmalıyıq”
14.09.2012 - 09:42
“Avropa Liqasında layiqli mübarizə aparmalıyıq”
“Düzdür, çox yorucu oyun qrafikimiz var. Amma biz belə olması üçün çalışırdıq, elə deyilmi?”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Serbiya “Partizan”ının kapitanı Saşa İliç deyib.

Belqrad təmsilçisinin futbolçusu bildirib ki, asan oyunları yoxdur və rəqiblərini düzgün qiymətləndirmək borcundadırlar: “Artıq asan oyunlarımız qalmayıb və kiməsə yuxarıdan aşağı baxmağa ixtiyarımız yoxdur. Əsasən də avrokuboklarda. Avropa Liqasında layiqli mübarizə aparmalıyıq və sübut etməliyik ki, keçənilkindən daha yaxşı nəticə göstərməyə qadirik”.