Rail Məlikov zədələndi
14.09.2012 - 10:38
"Neftçi" klubundan qalmaqallı şəkildə ayrıldıqdan sonra Türkiyənin I liqasında mübarizə aparan "Dənizlispor"la anlaşan Rail Məlikova debüt etmək hələ də nəsib olmur. Apasport.az saytının xəbərinə görə, əvvəl lisenziya problemi ilə üzləşən həmyerlimiz hazırda zədənin çənginə düşüb.
Belə ki, futbolçu məşqlərin birində xəsarət alıb. Onun nə vaxt kollektivlə birgə hazırlaşacağı bəlli deyil.
Qeyd edək ki, Dənizli klubu növbəti turda sentyabrın 16-da "Adana Dəmirspor"la üz-üzə gələcək. Rəqib düşərgədə millimizin və "Neftçi"nin digər üzvü Cavid Hüseynov çıxış edir.
Rail oynamayacağına görə, Türkiyədə Azərbaycan qarşılaşması baş tutmayacaq.

- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
0
0