Ronaldo UEFA prezidentini hədələyib?
14.09.2012 - 11:47
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqibi olan Portuqaliya millisinin kapitanı Kritianu Ronaldo son zamanlar hər şeydən narazıdır. Apasport.az saytının məlumatına görə, “Real”ın lideri indi də UEFA-dan küsüb.
Belə ki, 2011/2012 mövsümündə “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın Avropanın ən yaxşı futbolçusu seçilməsi Ronaldonu narazı salıb. Bunu mükafatlandırma zamanı futbolçunun sifətindən də sezmək olardı.
Heç kimlə danışmayan portuqaliyalı mərasim bitən kimi zalı tərk edib. Həmin vaxt onun hərəkəti UEFA prezidenti Mişel Platinin xoşuna gəlməmişdi. İndi isə məlum olub ki, Ronaldo mərasimi tərk edərkən Platiniyə hədə-qorxu gəlib: “Əgər gələn dəfə siz məni ən yaxşı elan etməsəz, bir daha sizin tədbirinizdə iştirak etməyəcəm”.

0
0