“Qəbələ” Gəncəyə 4 itki ilə yollanır
14.09.2012 - 12:04
Premyer Liqanın V turunda “Kəpəz”lə qarşılaşacaq “Qəbələ” Gəncəyə itkilərlə yollanacaq. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Fatih Kavlak məlumat verib.
Əsas heyət üzvü Vurğun Hüseynovun komandaya kömək edə bilməyəcəyini deyən Kavlak onun zədəsinin hələ də sağalmadığını bildirib. Ötən mövsümün ortasında zədələnən müdafiəçi müalicə prosesi keçsə də, tam sağalmayıb.
Ondan başqa, Rəşid Əmiraslanov da analoji səbəbdən meydana çıxa bilməyəcək. Murad Musayev və Kamal Mirzəyev 19 yaşadək futbolçulardan ibarət yığmanın heyətində Ukraynada təlim-məşq toplanışında olduğundan, Gəncəyə getməyəcək.
Kavlak milli komandaya da çağırılan Hüseynovun yaxın günlərdə ölkə xaricində müalicə alacağını söyləyib: “Gələn həftə ölkə xaricinə yollanacaq. O bu dəfə başqa bir həkim nəzarətindən keçəcək. Vurğunun qıza vaxtda tam sağalıb, sıralarımıza dönəcəyinə ümid edirəm”.
Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” matçı sabah Gəncə şəhər stadionunda, saat 17:00-da başlayacaq.

0
0