“Simurq”un qapıçısı: Qeyri-adi mükafat alırıq
14.09.2012 - 12:59
“Simurq”un qapıçısı: Qeyri-adi mükafat alırıq
“Simurq”da lider yoxdur. Biz komanda şəklində güclüyük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun futbolçusu David Pietrzkieviç deyib.

Polşalı qapıçı vətənində verdiyi müsahibədə bildirib ki, Azərbaycan futbolunda kompensasiya məsələsinə çox həssas yanaşırlar: “Komandamızda artıq adam yoxdur. Hərə öz işini bilir və bununla məşğuldur. Oyunçular bazada onlar üçün ayrılan yerdə yaşayırlar. Lakin orda o qədər də əylənməli, diqqət çəkən yer yoxdur. Lakin arabir qeyri-adi mükafat alırıq. Hər qələbədən sonra bizə verilən 2 günlük istirahəti oteldə keçiririk. Həmin 2 günün xərcini də klub çəkir. Azərbaycan futbolunda kompensasiya məsələsinə çox həssas yanaşırlar. Oradakı ödənişlər şərqdə olduğu kimidir: ya nağd verilir, ya da şəxsi hesaba köçürülür”.

David klubu və Zaqatala haqda da danışıb: “Klubun kimə məxsus olduğundan isə anlayışım yoxdur. Bu şəxslə cəmi 1 dəfə görüşmüşəm. Bildiyim odur ki, bank sahibidir. Orada çoxlu pul verirlər. Transferimin əsas səbəbinin məhz pul amili olmasını isə heç gizlətmirəm də. Azərbaycanda idman inkişafdadır. Premyer Liqada legionerlərin səviyyəsi ildən-ilə artır. Şikayətlənməyə, narazı qalmağa bir şey yoxdur. Yalnız darıxmaq problemdir. Zaqatala balaca şəhərdir. Bu üzdən futbolçuların çoxu boş vaxt tapan kimi Bakıya və ya Tiflisə gedir. Maşınla Gürcüstana 3 saata getmək mümkündür”.