Bojidar Bandoviç xal itkisinə aydınlıq gətirdi
15.09.2012 - 10:17
“İkinci qələbəmizi qazana bilərdik. Komandam yaxşı mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” baş məşqçisi Bojidar Bandoviç deyib.
O, Premyer Liqada “Turan”la matçda xal itkisinin səbəbini açıqlayıb. Bandoviç bildirib ki, yetirmələrinə heç bir iradı yoxdur: “Rəqibimiz müdafiədə oynamağa üstünlük verirdi və qol buraxmamağa çalışırdı. İkinci hissədə çox tez qol buraxdıq. Qol vurmaq üçün bir neçə şansımız olsa da, istifadə edə bilmədik.
Futbolçularıma heç bir iradım yoxdu. Bu futboldur - bəzən elə olur ki, yaxşı oynayan komanda da qalib gələ bilmir. Tam müdafiədə oynayan komandaya qarşı mübarizə aparmaq çətindir. Qarşıdakı turlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.

- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
0
0