Yunis Hüseynov: “Neftçi” var gücü ilə oynayacaq
15.09.2012 - 10:23
Yunis Hüseynov: “Neftçi” var gücü ilə oynayacaq
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov “Neftçi” ilə bu gün keçiriləcək prinsipal matçla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, o, komandada hər şeyin qaydasında olduğunu bildirib: "Hazırlıq da normal gedir. Zədəli, xəstə futbolçumuz yoxdu. Yeganə problemimiz cəza səbəbindən Elnur Allahverdiyevin oyunu buraxmasıdı. Yeni gələn futbolçular komandaya tam yox, 50-60 faiz uyğunlaşıblar. Çünki eləsi var iki ay yarımdı futbol oynamır, tam formasını yığması üçün zamana ehtiyacı var".

Hüseynov bakılıların 5 gün sonra səfərdə "Partizan"la vacib oyun üçün qüvvəsinə qənaət edəcəyinə inanmır: "Mən inanmıram ki, "Neftçi" "Partizan"la oyunu düşünsün, gücünü ora qorusun və "Xəzər Lənkəran"a qarşı tam güclə mübarizə aparmasın. Əksinə, bütün güclərini elə bizimlə oyunda qoyacaqlar. Hamı meydana qələbə üçün çıxır. "Neftçi" də unutmasın ki, "Xəzər Lənkəran"a qarşı oynayacaq".

“Ekspressfutbol” qəzeti