“Neftçi” ilə oyunda debüt etmək istərdim”
15.09.2012 - 15:11
“Cüzeppe Meatsa”da oynamaq hər bir futbolçunun arzusudur. Xavyer Zanetti və Uesli Sneyder kimi ulduzlara qarşı oynamaq möhtəşəm olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Partizan” klubunun futbolçusu Miloş Yojiç deyib.
20 yaşlı olan Yojiç bildirib ki, “Neftçi”yə qalib gəlmək lazımdı: “Çox güclü qrupa düşmüşük. Amma təqvim baxımından bəxtimiz gətirib. İlk oyunu evdə “Neftçi”yə qarşı keçirəcəyik və onlara qalib gəlməliyik. Əgər Bakı klubunu məğlub edə bilsək, bu əla başlanğıc olar və gələcək uğurlarımızın təməlini qoya bilərik. Özümə gəldikdə, bu oyunda “Partizan”ın heyətində debüt etmək istərdim”.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0