“Qalatasaray”ın məşqində olay
15.09.2012 - 14:00
Türkiyənin “Qalatasaray” futbol komandasının azarkeşlər üçün açıq məşqində maraqlı olay yaşanıb. Lent.az-ın “Star” qəzetinə istinadən verdiyi məlumata görə, hazırlıq prosesinin sonuna az qalmış 5 qadın fanat meydana girib.
Onlar qapıçı Fernando Musleranı yerə yıxaraq, öpməyə başlayıblar. Təhlükəsizlik xidməti əməkdaşları xanım azarkeşləri Musleranın üzərindən aralamaqda çətinlik çəkiblər. Mühafizəçilər qadınları meydandan çıxarmaq istəyərkən, “Çıxa bilmərik, Musleranı bir də nə vaxt görəcəyik?” cavabını alıblar.
Qapıçıya sevgi nümayişinin davam etdiyini görən baş məşqçi Fatih Terim azarkeşlər üçün açıq məşqi qeyri-müəyyən müddətədək ləğv edib. O, təhlükəsizlik və məşqin problemsiz keçməsi üçün bu addımı atıb.

- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
0
0