Millinin 4 futbolçusu gecə əyləncəsinin güdazına getdi
15.09.2012 - 14:12
Slovakiya millisinin 4 futbolçusu cəzalandırılıb. Lent.az-ın məlumatına görə, Slovakiya Futbol Federasiyası (SFF) Marek Hamşik (“Napoli”, İtaliya), Vladimir Vays (“Peskara”, İtaliya), Miroslav Stox (“Fənərbağça”, Türkiyə) və Kərim Quedeni (“Frayburq”, Almaniya) 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinin sonunadək pul mükafatlarından məhrum edib.
Səbəb sentyabrın 7-də səfərdə Litva ilə 1:1 hesabı ilə başa çatan seçmə matçdan sonra oyunçuların Vilnüsdəki gecə klublarından birində səhərədək əylənmələri olub. Bundan 4 gün sonra Slovakiya millisi evdə Lixtenşteyni yenib – 2:0. Lakin SFF gecə əyləncəsindən xəbər tutan kimi cəza tədbirlərinə əl atıb.
Qeyd edək ki, Latviya, Yunanıstan, Bosniya və Herseqovina ilə də eyni qrupda yer alan Slovakiya millisi hazırda 2 oyundan 4 xalla 3-cü pillədə qərarlaşıb.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0