“Real”ın 125 milyon avro borcu varmış
15.09.2012 - 17:18
İspaniya nəhəngi "Real" daha bir rekorda imza atıb, özü də maliyyə sahəsində. Apasport.az saytının xəbərinə görə, 2011/12 mövsümündə "kral klubu" 514 milyon avro gəlir əldə edib ki, bu da dünya tarixində ilk dəfə baş tutub. İndiyə kimi heç bir klub bir mövsümdə bu qədər qazanc götürməyib. Daha doğrusu, 500 milyon avronu keçən komanda olmayıb.
"Real" 514 milyonluq gəlirlə öncəki mövsümə nəzərən 7 faiz artıma imza atıb. Belə ki, gəlirin cəmi 10 faizi bilet satışı və üzvlük haqqının payına düşür. Bu qazanc klubdakı düzgün iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, "Real" əldə olunan gəlirin cəmi 24 milyon avrosunu əlində saxlayıb, qalan hissəsini isə yeni yatırımlara sərf edib. Eyni zamanda ölkədəki vergilərin artımı rəhbərliyə əldə daha çox vəsait saxlamağa imkan verməyib.
Hazırda Madrid təmsilçisinin 125 milyon avro borcu var. "Real"ın 2012/13 mövsümdəki gəlirlərinin də 500 milyon avrodan çox olacağı proqnozlaşdırılır.

0
0