Böyükağa Hacıyev: Mən sehrbaz deyiləm, nəticəyə oynadıq
15.09.2012 - 19:00
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın V turunda “Xəzər Lənkəran” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, o, sehrbaz olmadığını bildirib: “Biz oyun üslubumuzu bir qədər dəyişmək məcburiyyətində qalmışdıq. Çünki “Xəzər Lənkəran”la oyunu Serbiyanın “Partizan” klubunun məşqçisi də izləyirdi. Mən sehrbaz deyiləm. Ona görə də gələn həftə nə olacağını deyə bilmərəm. Ola bilər ki, “Sumqayıt”a uduzub, “Partizan”ı məğlub edək. Hər şeyə rəğmən, bu gün biz nəticəyə oynadıq. Nəticə də məni qane edir”.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0