“Neftçi” ilə oyunda lazım olanı edəcəyik”
16.09.2012 - 14:00
“Hayduk”a qarşı gözəl oynadıq. Rəqib azlıqda qalana kimi pis təsir bağışlamadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Stefan Skepoviç deyib.
O, Avropa Liqasının I turunun “Neftçi” ilə oyunu ərəfəsində ölkə çempionatında qazanılan qələbədən sonra məmnun qalıb. Futbolçu “Hayduk” üzərində qələbənin davamını gətirmək iddiasında olduqlarını bildirib: “Bu qələbə Avropa Liqasının startı ərəfəsində çox vacib idi. “Neftçi” ilə cümə axşamı baş tutacaq qarşılaşma üçün özümüzə inam hissimizi artırmaq lazım idi. Bunu da bacardıq. Həmin gün bizi doğma azarkeşlər önündə əsl sınaq gözləyir. Əminəm ki, “Neftçi” ilə qarşılaşmada hər şeyi lazım olduğu səviyyyədə edəcəyik”.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0