“Əmin ola bilərsiz, “Qarabağ”a heç nə olmayıb”
19.09.2012 - 16:00
“Əmin ola bilərsiz, “Qarabağ”a heç nə olmayıb”
“Başa düşə bilmirəm ki, niyə hamı hələ də AZAL-a məğlubiyyətdən danışır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağı”ın yarımmüdafiəçisi Namiq Yusifov deyib.

Yusifov Ağdam klubunun rəsmi internet səhifəsinə verdiyi açıqlamada komandada hər şeyin qaydasında olduğunu bildirib: “Düzdü, “Qarabağ” kimi komandanın belə məğlubiyyəti yolverilməzdi. Amma heç kim bundan sığortalanmayıb. “Real” da “Barselona”ya eyni hesabla uduzmuşdu. Amma bu gün İspaniya çempionu sayılırlar. Bizim sadəcə itirdiyimiz 3 xaldı. Yəni, nəzəri cəhətdən heç nə itirilməyib. Çempionat hələ yeni başlayıb. Daim qabağa baxmalıyıq. İndi hədəfimiz “Turan”la oyundur. Tovuz klubu bu il olduqca əzmkar təsir bağışlayır. AZAL-la oyunumuzdan sonra yəqin daha da həvəsləniblər. Amma biz vəziyyətdən nəticə çıxarmağa çalışacağıq. Qurban müəllim bunun üzərində işləyir. Əmin ola bilərsiz ki, “Qarabağ”a heç nə olmayıb. Özünüz bunu görəcəksiniz”.