“Neftçi” “Futbol məbədi”ndə - FOTOSESSİYA
19.09.2012 - 16:09
“Neftçi” “Futbol məbədi”ndə - FOTOSESSİYA
Avropa Liqasının qrup mərhələsində ilk oyununu sabah keçirəcək Azərbaycan çempionu “Neftçi” Belqradın “Partizan” stadionunda eyniadlı klubun qonağı olacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qara” klubların derbisinin baş tutacağı arena tarixinin zənginliyi ilə öyünə bilər.

1949-cu il oktyabrın 9-da açılışı olan stadionun qəbul etdiyi ilk oyunda Yuqoslaviya və Fransa milliləri üz-üzə gəlib. Əvvəllər adı Yuqoslaviya Milli Arenası olan stadion 55 min tamaşaçı üçün inşa olunub. Lakin 1998-ci ildə aparılan yenidənqurma işlərindən sonra bu rəqəm 32710-a düşüb. Lakin konsertlərin təşkil olunduğu vaxt bu rəqəm 40000-ə çatır.

Meydanının 105x68-ə olan stadion 2011-ci ildə növbəti yenidənqurma işlərinə məruz qalıb. “Partizan” azarkeşləri bu arenaya ad da fikirləşiblər. Rəsmi adı klubunku ilə eyni olmasına baxmayaraq fanatlar buranı “Фудбалски храм”, yəni “Futbol məbədi” adlandırır.