Baçana Sxadadze: O, indi-indi formaya düşürdü – MÜSAHİBƏ
19.09.2012 - 16:10
“İnter” klubunun hücumçusu Baçana Sxadadze komandasının rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, gürcüstanlı hücumçu Topaz Premyer Liqasının növbəti turunda AZAL-la oyuna hazırlıq prosesindən və hücum xəttindəki rəqabətdən danışıb.
- AZAL-la matça hazırlıq necə gedir?
- Məşqlərimiz adi rejimdə gedir. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Düşünürəm ki, bu qarşılaşma bizim üçün turnir cədvəlində yuxarıda möhkəmlənmək üçün şans olacaq. Biz maksimal nəticəyə ümid edirik.
- Diskvalifikasiya səbəbindən 2 oyun buraxmalı oldunuz. Yəqin meydan üçün darıxmısınız və sıraya qoşulmağınızı səbirsizliklə gözləyirsiniz…
- Bəli, doğrusu, oyun üçün çox darıxıram. Etiraf edim ki, komandanın oyununu tribunadan izləmək çox ağırdır. Meydanda olduğundan da çox əsəbilik keçirməli olursan. Komanda yoldaşlarına kömək etmək istəyirsən, lakin bunu etmək, təəssüf ki, alınmır. Meydana qayıtmağım komandanın işinə yarayarsa, o zaman çox şadam olardım.
- AZAL son turda “Qarabağ”a böyükhesabla qalib gəldi. Bu mövsüm çox yaxşı təsir bağışlayan rəqib barədə nə deyə bilərsiniz?
- AZAL həmişə hücum futbolu oynayan yaxşı komandadır. Bu komandanı, əlbəttə ki, qiymətləndirməmək olmaz. Bununla belə, hesab edirəm ki, diqqəti rəqibin oyununa yönəltməməliyik, bizə öz futbolumuzu oynamaq lazımdır. Yadda saxlamaq lazımdır ki, AZAL əks-hücumlarda əla oynayır. Matçın başlamasına hələ bir neçə gün var və məşqçi bu oyuna mütləq konkret tapşırıqlar verəcək.
- Giorgi Adamiyanın zədələnməsi bütün azarkeşlərimizi məyus etdi. Ondan başqa, “İnter”in bəzi futbolçuları da zədəlidir. Bu AZAL ilə matçda problem yaratmayacaq?
- Adamiyanın uzun müddətə itirilməsi “İnter” üçün böyük problemdir. O, indi-indi formaya düşürdü, “Turan”la qarşılaşmada qol vurdu. Düşünürdüm ki, daha yaxşı olacaq, lakin təəssüflər olsun ki, biz onu zədəyə görə uzun müddətə itirdik. Bu problemə baxmayaraq, komandada olmayan futbolçuları əvəz etməyə qadir yüksək ixtisaslı futbolçular var.
- Bu il “İnter”in hücum xətti hiss ediləcək dərəcədə güclənib. Necə fikirləşirsiz, bu rəqabət komandaya müsbət təsir göstərəcək?
- Bu, “İnter”in xeyrinə olacaq. Məşqçi kimi heyətə salmağı bilir. Hər mövqedə bizim minumum 2 yaxşı futbolçumuz var. Rəqabət tərəqqiyə səbəb olur və bu proses komandaya müsbət təsir göstərir.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0