“Futbolun incəliklərini öyrənməlisiniz” - MÜSAHİBƏ
19.09.2012 - 17:30
Fransa futbolunun əfsanəsi Jan-Pyer Papenin apasport.az saytına müsahibəsi
- Azərbaycana gəlmək təklifini kimdən aldınız?
- Məni Bakıya AFFA-nın baş katibi Elxan Məmmədov dəvət edib. 1 gün əvvəl “Bakı” klubunun məşq bazasında idim, gənc futbolçuları izlədim. Deyə bilərəm ki, bacarıqlı uşaqlar kifayət gədərdir.
- Azərbaycan futbolu barədə hansısa bilgiləriniz var?
- Burada Avropadakı metodlardan istifadə olunur. İnfrastrukturu çox gözəldir. Düşünürəm ki, idmançılar üçün ən böyük problem güclü turnirlərdə iştirak etmək imkanlarının az olmasıdır.
- Siz millidə sonuncu qolunuzu Azərbaycan yığmasına vurmusunuz. Bunu xatırlayırsınızmı?
- Yaxşı xatırlayıram. O zaman millimiz üçün çətin vaxtlar idi, çünki 5 oyunda qol vura bilməmişdik. Mən də o zaman zədəli idim, meydançaya bu vəziyyətdə çıxmışdım. Lakin buna baxmayaraq, qol vurmağa macal tapdım.
- Trabzondakı həmin oyunda başqa nəyi xatırlayırsınız?
- Yalnız qələbəni.
- Oserdəki oyunda – 10:0 hesabı udduğunuz matçda oynamamağınız, həmin vaxta kimi yığmadan getməyiniz nə ilə bağlı idi?
- Çünki dizimdən əməliyyat olunmuşdum.
- İndi nə ilə məşğulsunuz?
- Fransa televiziyasında işləyirəm.
- Karyeranızı kifayət qədər gec bitirdiniz. Peşəkar futboldan gedəndən sonra uzun müddət həvəskar liqasında oynamısınız. Bəs indi niyə məşqçi kimi çalışmırsınız?
- Siz mənim barədə çox şey bilirsiniz ki... (gülür). Mən “Strasburq”un, “Lans”ın və “Şatoru”nun məşqçisi idim.
- Azərbaycanla oyunlardan sonra millimizin çıxışını izləmisinizmi?
- İstisnaları saymasaq yox. Komandanızın Portuqaliyaya qarşı sonuncu oyunu izlədim. Bu daha yaxşı oyun idi, nəinki o vaxt göstərdiyiniz futbol. Sizə böyük uğurlara nail olmağa arzu edirəm.
- İndiki Azərbaycan yığması barədə məlumatınız varmı?
- Yeni komandanız, yeni oyunçularınız var. Bu komanda əvvəlki, bizə qarşı 15 il əvvəl oynayan komandadan qat-qat yaxşıdır. Düşünürəm ki, siz bunun üzərində işləməlisiniz, futbolun incəliklərini öyrənməlisiniz.

0
0