FİFA-nın Bakıda məşqçilər üçün seminarı başladı - FOTOSESSİYA
19.09.2012 - 17:47
Bu gündən etibarən Bakı şəhərində qadınlardan ibarət futbol komandalarının məşqçiləri üçün FİFA tərəfindən təşkil olunmuş regional seminar öz işinə başlayıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, seminarda yerli məşqçilərlə yanaşı, Estoniya, Tacikistan, Belarus, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Litva, Rusiya, Ukrayna, Latviya, Gürcüstan və Moldovanı təmsil edən mütəxəssislər iştirak edir. AFFA-nın baş katibi Elxan Məmmədov seminarda çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
FİFA-nın Üzv Assosiasiyalar və İnkişaf üzrə direktoru Tyerri Begenass qadın futbolunun inkişafı ilə bağlı təqdimatı seminar iştirakçılarının diqqətinə çatdırıb.
Seminar müddətində məşqçilər FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin müxtəlif oyunlarını izləyəcək və qarşılaşmaları təhlil edəcəklər.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0