Flavinyo: “Partizan” tək mən yox, bütün komandamız haqda narahat olmalıdır
19.09.2012 - 22:19
Flavinyo: “Partizan” tək mən yox, bütün komandamız haqda narahat olmalıdır
“İlk dəfədir qrup mərhələsinə Azərbaycan komandası düşüb. Sabahkı oyunda nəticəni bilmirik. Ancaq ilk növbədə yaxşı oyun, Avropaya Azərbaycanda yaxşı komanda, yaxşı futbolçular odluğunu göstərmək istəyirik”. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Neftçi”nin braziliyalı futbolçu Flavinyo bu gün keçirilən mətbuat konfransında deyib. “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçin, serbiyalı azarkeşlərin diqqət mərkəzində olan yarımmüdafiəçi futbolun komanda oyunu olduğunu xatırladıb: “Elə bilirəm ki, azərbaycanlı azarkeşlər “Neftçi”nin görmədiyi güclü oyununu görəcəklər. Fikrimcə, sabah ən çətin oyunumuz olacaq. Mən üçün xoşbəxtlikdir ki, rəqib baş məşqçinin oyunundan xoşum gəlir. Ancaq biz artıq isbat olmuşuq ki, futbolda tək bir yox, bütün komandadan asılıdır. Buna görə də “Partizan” təkcə mən yox, bütün “Neftçi” haqda narahat olmalıdır”.

Mehman SÜLEYMANOV
Belqrad