Mahir Şükürov: Burada Kiprdəkindən də yaxşı oynayacağıq
19.09.2012 - 22:27
“Partizan”ın tarixi, yaxşı komanda olduğunu bilirik. Məşqçilərimizlə birgə onun 2 oyunuma baxıb, yaxşı təhlil etmişik. Rəqibin güclü, zəif nöqtələrini öyrənmişik”. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Neftçi”nin vitse-kapitanı Mahir Şükürov bu gün keçirilən mətbuat konfransında deyib.
Milli komandamızın da üzvü olan təcrübəli müdafiəçi Avroliqanın qrup mərhələsinin ilk turunda “Partizan”la səfər oyununa uğurlu nəticə dalınca gəldiklərini bildirib: “Oyunda baş məşqçimizin taktikası ilə hərəkət edəcəyik. Biz bura əl-qolumuzu bağlamağa gəlməmişik. İstəyirik ki, uğurumuzu davam etdirək. Klub rəhbərliyimiz, azarkeşlərimiz bizdən çox şey gözləyir. Sabahkı oyunda yüz faiz gücümüzü qoyacağıq”.
Mahir rəqibin güclü azarkeş dəstəyinin onlara problem yaratmayacağını söyləyib: “Demək olar ki, bizdə həyəcan azdır, motivasiya böyükdür. Gənc futbolçularımızdan olimpiya yığmasında belə beynəlxalq oyunlarda təcrübə qazananlar varbaxımdan problemimiz yoxdur. Kiprdə APOEL-lə oyunda azarkeş dəstəyi bundan da pis idi, hətta bizə düşmən kimi baxırdılar. Ancaq çıxıb, kişi kimi oynayıb, qalib gəldik. İnanırıq ki, burada Kiprdəkindən də yaxşı oynayıb, qalib gələcəyik”.
Mehman SÜLEYMANOV
Belqrad

0
0