Mahir Şükürov: Belə oyunlardan həzz almaq lazımdır– MÜSAHİBƏ
19.09.2012 - 23:34
Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil edən “Neftçi”nin futbolçusu Mahir Şükürovun apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına müsahibəsi
- “Partizan”la Avroliqanın ilk turunda səfər oyunu öncəsi son turda “Xəzər Lənkəran” üzərində qələbə qazanmağınız yerinə düşdü. Hər halda, bu prinsipial derbidə qələbənin əhəmiyyəti böyük olur və əhval-ruhiyyəni yüksəldir...
- Elədir. Çox adam deyirdi ki, ola bilsin, “Neftçi” həmin oyuna əsas heyətlə çıxmasın, gücünün çoxunu “Partizan”a saxlasın. Bildiyiniz kimi, “Xəzər Lənkəran”la “Neftçi” arasında oyunlar həmişə prinsipialdır. “Real” - “Barselona” necə derbi oyundursa, “Neftçi” - “Xəzər Lənkəran” da elədir. Mənə elə gəlir ki, futbolçunun bu oyunu oynamamağı günahdır.
Çünki belə oyunlardan həzz almaq lazımdır. Bu üzdən meydana çıxaraq, gücümüzü göstərdik. Demirəm ki, yüz faiz gücümüzü ortaya qoyduq. Orada “Partizan”ın məşqçilərindən izləyən var idi. Buna görə də yüz faiz oynaya bilməzdik. Belə oynasaydıq, oyun taktikamızı götürə bilərdilər. Buna görə də baş məşqçinin tapşırığını yerinə yetirərək, sonda qələbə istəyimizə çatdıq. Bizə bu qələbə vacib idi.
- Bunu qazanmaqda həlledici nə oldu? Çünki oyunun artıq əvvəlində hesabda geri idiniz...
- Biz xarakterimizi göstərdik. Komandamız Avroliqanın qrupuna düşəndən sonra azarkeşlərimiz bizdən çox şey gözləyirlər. Bu oyunda da uduzmağa haqqımız yox idi. Komandanın əzmkarlığı, hesabda geri düşəndən sonra toparlanmağı öz sözünü dedi. İkinci hissədə oyunumuzun 50-60 faizini göstərərək, qələbə topunu vura bildik. “Xəzər Lənkəran” üzərində qələbə qazanmaq həm də ona görə vacib idi ki, “Partizan”la səfər oyununa yaxşı əhval-ruhiyyədə yollanaq.
- Son vaxtlar ardıcıl vacib oyunların iştirakçısı olursunuz. Bu, həm “Neftçi”də, həm də yığmanın heyətindədir. Hazırda özünüzü necə hiss edirsiniz?
- Yaxşı. Mən həmişə demişəm ki, məşqdənsə, oyunun çox olmağı yaxşıdır. Bir oyun 10 günün məşqinə bərabərdir. Hazırda özümü yaxşı hiss edirəm. Düzdür, bir az naxoşlamışdım. Millimizin İsrail və Portuqaliya yığmaları zamanı qrip idim. Artıq bu, keçib və indi hər şey yaxşıdır. İnşallah, “Partizan”la oyuna tam gücümlə hazırlaşmışam.
- Portuqaliya ilə səfər oyununda dünyanın ən bahalı, güclü futbolçusu olan Kriştianu Ronaldoya qarşı oynadığınız. Özü də o, daha çox, siz isə sağda oynadığınızdan, meydanda tez-tez üzləşirdiniz. Televiziyada izlədiyiniz ulduz futbolçuya qarşı oynamaq sizdə hansı təəssürat oyatdı?
- Televiziyadan izlədiyin futbolçu ilə meydanda üz-üzə gəlmək qürurvericidir. Özü də oyunda sona 20-25 dəqiqə qalmışa qədər hesab açılmamışdı. Demirəm ki, mən Ronaldonu tam “bağlamışdım”. Sadəcə, meydanda əlimizdən nə gəlirdi edirdik. Təbii ki, onun ustalıq səviyyəsi bizdən yüksəkdir. Kriştianu “Real”da oynayır, ulduzdur, dünyada Messi ilə birgə 2 güclü futbolçudan biridir. Biz də gücümüz çatdığı qədər Ronaldoya qarşı oynadıq. Əgər biz ona 65 dəqiqə çətin anlar yaşatdıqsa, bu, bizim üçün yaxşı haldır.
- İndi səfərdə digər tarixi oyunun iştirakçısı olacaqsınız. Avroliqanın qrup mərhələsinin debütündən nə gözləyirsiniz?
- Bildiyiniz kimi, qrup mərhələsində oyunlar fərqlidir. Yəni burada təsnifat mərhələsi kimi ardıcıl ev və səfər oyunlarına əsasən qalib müəyyənləşmir. Burada hər oyunun nəticəsinə görə xal qazanırsan. Ola bilsin ki, əvvəlki oyunlarda evdə qol buraxmaqdan, yaxud səfərdə böyük hesabla uduzub, mərhələ keçmək şansımızın az olacağından çəkinirdik. İndi isə itirəcəyimiz heç nə yoxdur və buna görə də sərbəst, eyni zamanda sona kimi hücum futbolu oynayacağıq. Bizə müdafiə futbolu olmayacaq.
- “Partizan”a necə qiymət verərdiniz?
- Biz ona görə tez gəlmişik ki, gəlib bura uyğunlaşacaq, rəqibi yaxşı təhlil etməyə vaxtımız olsun. Deyirdilər ki, “Partizan”ın oyunlarında azarkeşləri çoxdur. Ancaq son oyunlarına baxanda, çempionat matçında elə də çox olmadığını gördüm.
- Rəqibin azarkeşləri də bundan əvvəl qalib gəldiyiniz APOEL-in tərəfdarları kimi aqressivdirlər. Belə atmosferdə oynamaq sizə çətin olmayacaq?
- Biz bir futbolçu kimi səfər oyunlarında belə azarkeş dəstəyinə artıq öyrəşmişik. Kiprdə də bunun şahidi olduq. Azarkeşlərin səslərinin qarşılığında özümüzü eşitməməzliyə vurmuşduq ki, çıxaq, öz oyunumuzu oynayaq. Necə ki, APOEL-lə matça sonuncu oyun kimi baxırdıq, “Partizan”la duelə də elə baxacağıq. Düzdür, rəqibin fikirlərini oxuyuram ki, “Neftçi” bizim üçün zəif komandadır, biz onları udacağıq. Ancaq mən elə düşünmürəm. Biz də onlara cavab olaraq deyirik ki, “Partizan”ı udacağıq.
- Əsas qapıçınız Saşa Stamenkoviç serbiyalı olduğundan, “Partizan”ı yaxşı tanıdığından, sizə yaxından kömək etməli, məlumat verməlidir. Ancaq eyni zamanda, onun üçün prinsipial rəqiblə matçda soyuqqanlı oyunu siz müdafiəçilərin də rahat oynamağına imkan verəcək...
- Elədir. Qapıçımız da sübut etməlidir ki, serb olmağına baxmayaraq, bu oyunda özünü ən yaxşı tərəfdən göstərə biləcək. Bəlkə elə ola bilər ki, Saşa bu oyunlarda yaxşı dayanandan sonra milliyə çağırılsın. Bu da onun üçün şans, stimuldur. Demirəm ki, yığmada 1-ci qapıçı olar, ancaq ehtiyat qapıçı kimi çağırıla bilər. Serbiyada yada düşə bilər ki, Avroliqanın qrup mərhələsinin iştirakçısı olan qapıçımız var. Buna görə Stamenkoviçə deyərdim ki, nə gücü var, bizimlə birgə qapımızın toxunulmazlığı üçün çalışsın. Yarımmüdafiədə və hücumda olan futbolçular da nəticə qazanmaq üçün nə gücləri var, meydanda qoyacaqlar.
- Kiprdəki qələbədən sonra komandamızda arxayınçılıq yaramayıb ki?
- Düzdür, arxayınçılıq əleyhimizə ola bilər. Ancaq mən futbolçularımızda bunun olmağına inanmıram. Çünki hamısı peşəkar futbolçulardır və rəhbərliyimiz, məşqçilərimiz oyunçularda arxayınçılığın olmağına imkan verməz. Əgər bu tarixi yazmışıqsa, bundan sonra da yazmalıyıq. Çünki bizim adımız gedir və burada rahatlaşmaq olmaz. İnşallah, “Partizan”ı udsaq, APOEL-lə oyunda azarkeşlərimiz hava limanına bizi necə qarşılamağa gəlmişdisə, yenə elə xoş mənzərənin şahidi olarıq.
- “Neftçi” qrupda uğurlu çıxış etməklə, bura təsadüfi düşmədiyini göstərməlidir...
- Bəli. Eşidirdim ki, APOEL-lə oyundan sonra bəzi adamlar qələbəmizə kölgə salmaq istəyirdilər. Buna görə də biz də sübut edəcəyik ki, elə deyil. Bu, Avroliqanın oyunudur və qarşına hansı komanda çıxırsa, onu udanda, büdcəsinə pul gəlir, ölkəsinin reytinqi qalxır. İnşallah, bütün bunları sübut edəcəyik. Bu səfərə bizimlə birgə siz jurnalistlər də çıxmısınız. İstərdik ki, udaq, biz də sevinək, siz də. Biz də istəmərik ki, onların jurnalistlərinin qabağında bizim jurnalistlər başıaşağı otursunlar. Hansı ölkəyə gediriksə, orada qalib gəlib, həm özümüzün, həm də sizlərin başıuca gəzməyini arzulayırıq. İnşallah, sizləri, azarkeşlərimizi sevindirmək üçün meydanda bütün gücümüzü qoyacağıq.
Mehman SÜLEYMANOV
Belqrad

0
0