“Neftçi” belə oynasa, “Rubin”ə də qalib gələr” - MÜSAHİBƏ
20.09.2012 - 08:27
“Neftçi”nin özbəkistanlı futbolçusu, ötən çempionatımızın bombardiri olan Bahodir Nasimovun apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına müsahibəsi
- Zədə üzündən cari mövsümdə hələ meydana çıxmamısınız. Hazırda vəziyyətiniz necədir?
- İndi özümü yaxşı hiss edirəm. Yavaş-yavaş məşq etməyə başlayıram. Hələ ki fərdi məşq edirəm. Hər gün 5-6 saat çalışıram.
- Bu, hələ ki yüngül çalışmalardan ibarət olar...
- Bəli, bərpa prosesi keçirəm, qaçıram, müxtəlif hərəkətlər edirəm. Mənə bu dövrdə nə etməyimlə bağlı proqram veriblər. Bunu almanlar edib. Bildiyiniz kimi, cərrahiyyə əməliyyatı olunduğum Münhenə müayinə olunmaq üçün yollanmışdım.
- Onlar sizə nə məsləhətlər veriblər? Nə vaxt oynaya biləcəksiniz?
- Reabilitasiya üçün bir daha Almaniyaya gedəcəyəm. Bu, oktyabrın 15-də olacaq. Oradan qayıdandan sonra komanda ilə birgə məşq edəcəyəm. Açığı, mən də futbol oynamaq üçün çox darıxmışam.
- Siz hələ ötən mövsüm “Xəzər Lənkəran”la səfər oyununda zədələnmisiniz. Bundan sonra Azərbaycan kubokunun finalında meydana çıxdınız. Həmin vaxt belə uzun müddət oynamayacağınızı düşünürdünüz?
- Bilmirdim ki, zədəm belə ciddi olacaq. Həmin vaxt zədədən sonra ayağımda ağrılar elə də yox idi. Finalda meydana çıxandan sonra topa bir zərbə vurdum və ağrıların güclü olduğunu hiss etdim.
- Karyeranızda belə zədə, uzun müddət kənarda qalmaq olub?
- Yox. İlk dəfədir belə olur.
- Sözsüz ki, “Neftçi”yə Avroliqada belə məsul oyunlarda kömək edə, qrup mərhələsinin iştirakçısı ola bilmədiyinizə görə üzülürsünüz...
- Elədir. Ancaq istənilən halda, əsas komanda və onun uğurlu çıxışıdır. Əksinə, sevinirəm ki, “Neftçi” qrup mərhələsinə düşüb. Özü də qrupda rəqiblər hansı komandalardır: “İnter”, “Rubin”, “Partizan”. Yəni yaxşı komandalarla düşüblər. Mən çox istərdim ki, “Rubin”lə matçlarda oynayım. Ancaq eybi yoxdur, əsas komandadır.
- “Neftçi”yə məhz “Rubin”dən gəldiyinizdən, bu komanda ilə oyunlar sizin üçün xüsusi əhəmiyyətlidir. Ancaq dediklərinizdən belə çıxır ki, 2 ay sonra keçiriləcək bu matçlara qədər tam hazır ola bilməyəcəksiniz?
- Bəli. Yəqin ki, həmin matçlardan da kənarda qalacağam. Qrupda son oyunumuz olacaq “İnter”lə səfər matçında, ən yaxşı halda bundan əvvəl keçiriləcək “Partizan”la Bakıdakı oyuna qədər hazır olaram. Bu, tam sağalmağımla bağlıdır. Buna görə də Almaniyaya yenidən gedib, bərpa prosesinin nəticələrini biləcəyəm. Hələliksə komandamın düşərgəsində olaraq, futbolçulara mənəvi dəstək verirəm.
- “Partizan”la səfər oyununda hansı nəticəni gözləyirsiniz?
- Komandamızın son oyunlarına baxmışam, yaxşı təsir bağışlayıb. “Partizan”la matça ciddi hazırlaşır. Bunu məşqlərdə görürəm. Son oyunumuz olan “Xəzər Lənkəran”la matçda yaxşı oynayıb, qalib gəldilər. İnşallah, Belqradda da buna oynayacağıq. “Neftçi” hər oyunda meydana qələbə üçün çıxır. APOEL-lə oyundan öncə bəziləri şansımız 80-in 20-yə rəqibin xeyrinə olduğunu deyirdi. Mən isə dedim ki, yox, niyə belə olsun ki? Şanslar 50-nin 50-dir. Bu, futboldur, hər şey ola bilər. Oyuna ciddi hazırlaşıb, meydana çıxan futbolçuların hamısı yüz faiz güclərini ortaya qoymalıdır. Bu zaman nəticə olacaq.
- Maraqlıdır, “Neftçi” “Rubin”lə düşəndə, ilk olaraq nə düşündünüz?
- (gülür) “Rubin” mənim Avropada ilk komanda olub. Düzünü deyim ki, onların bizə düşməyinə çox sevindim. “Rubin” yaxşı komandadır. Ancaq məncə, bütün rəqiblərlə oynamaq olar.
- İndiki “Rubin”i necə xarakterizə edərdiniz? O, siz oynadığınız vaxtdan çox güclüdür?
- “Rubin”in hər il heyəti yaxşı olur. Çünki onun baş məşqçisi Qurban Berdıyev çox yaxşı və tələbkar mütəxəssisdir. Transferləri onun özü həyata keçirir və hər il komandasının güclənməyini istəyir.
- Sizcə, “Neftçi” indiki “Rubin”ə qalib gələ bilər?
- Hər 2 komanda yaxşıdır. Məsələn, bizdə Flavinyo kimi fərdi oyun keyfiyyətləri ilə seçilən 2-3 futbolçu var. Ancaq bu matçlarda fərdi yox, komanda oyunu əsas olacaq. Meydana çıxacaq 11 futbolçunun hamısı sona kimi mübarizə aparıb, nəticə qazanmaq üçün çalışmalıdır. Əgər “Neftçi” belə oynayarsa, “Rubin”ə qalib gələ bilər.
- Berdıyev, yaxud “Rubin”də kimsə püşkdən sonra sizinlə əlaqə saxlayıbmı?
- Yox. Muhsin Muhamadiyev zəng eləmişdi. Ancaq o, indi “Rubin”də işləmir, artıq onun idman direktoru deyil. Muhamadiyev “Rubin” “Neftçi” Bakıda oynadığı zamanı gəlib, oyuna baxmaq istəyir.
- Siz oynamasınız da, “Rubin” haqda informasiyada “Neftçi”yə yardımçı ola bilərsiniz...
- Əlbəttə. Mən “Rubin”i yaxşı tanıyıram. Düzdür, orada mən sonra gələn futbolçular da var. Bunlar Rıjikov, Ansaldi, Natxo, Navasdır. Ancaq çoxlarını tanıyıram. Məndən soruşanda, lazımı məlumatları verə biləcəyəm.
- “Rubin”dən “Neftçi” haqda məlumat almaq istəsələr?
- Mən bunu demərəm. İndi mən “Neftçi”nin futbolçusuyam və onun haqda heç bir informasiya verə bilmərəm.
Mehman SÜLEYMANOV
Belqrad

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0