Mundial iştirakçılarının hamısı Azərbaycanda - FOTOSESSİYA
20.09.2012 - 10:11
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-in açılışına iki gün qalıb. Apasport.az saytının məlumatına görə, yarışın əsas favoritləri Braziliya və Almaniya, həmçinin Uruqvay milli komandalarının ardınca bu gün futbol üzrə U-17 qadınlardan ibarət Meksika yığması da artıq Azərbaycandadır.
Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı Top Top Qız qarşılayıb. Qarşılama ənənəsinə sadiq qalaraq, Top Top Qız bu dəfə də qonaqlara gül dəstələri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib. Sonra isə qrup şəkli çəkdirən futbol üzrə U-17 qadınlardan ibarət milli komandalarının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından qalacaqları otelə doğru düşüblər.
Qeyd edək ki, komandalar bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər. Bununla da FIFA U-17 qadınlarası dünya çempionatı Azərbaycan 2012-də iştirak edəcək komandaların hamısının ölkəmizə gəlməsi gerçəkləşib.
Mənbə: affa.az

0
0