Yosef Blatter Bakıda mətbuat konfransı keçirəcək
20.09.2012 - 11:31
Yosef Blatter Bakıda mətbuat konfransı keçirəcək
FİFA və Yerli Təşkilat Komitəsi U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mətbuat konfransı keçiriləcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbir mundialın Təşkilat Komitəsinin ümumi yığıncağının ardınca nəzərdə tutulub.

Konfrans sabah saat 11:00-da “Four Seasons” hotelinin “Rast” zalında olacaq. Burada FİFA prezidenti Yosef Blatter, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və FİFA qadın yarışlarının rəhbəri Tatyana Haenni iştirak edəcəklər.

Qeyd edək ki, mətbuat konfransı bütün KİV nümayəndələri üçün açıqdır (çempionat akkreditasiyası tələb olunmur).