Felipe Taborda: Azərbaycan millisi debütantdır
20.09.2012 - 11:37
“Azərbaycandakı dünya çempionatında iştirak etmək mənim həyatımda böyük nailiyyətdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Kolumbiya millisinin baş məşqçisi Felipe Taborda deyib.
O, 2 gün sonra Azərbaycanda start götürəcək dünya çempionatının final mərhələsi haqda fikirlərini FİFA-nın rəsmi saytına açıqlayıb: “Cənubi Amerikada qadın futbolunda Braziliyadan sonra 2-ci Kolumbiyadır. Bizim mundialdakı hədəfimiz qrupdan çıxıb pley-off mərhələsində oynamaqdır”.
Azərbaycan yığması ilə eyni qrupda yer alıb açılış matçında millimizlə görüşəcək kolumbiyalıların çalışdırıcısı bu matç haqda da danışıb: “Dünya çempionatında 2 vacib oyun var: açılış matçı və final. Açılış oyununda oynamaqla, bunun 50 faizini etmiş oluruq. İlk matç bizim yarışda necə oynayacağımızı göstərəcək. 3 xal qazanmaqla növbəti 2 oyun üçün işimizi asanlaşdıracağıq. Azərbaycan millisi yarışın debütantıdır. Lakin öz meydanlarında oynaması faktı onların çətin rəqib olacağını göstərir. Düşünürəm ki, ilk oyunda hər 2 tərəfdə ürəklə oynayan komanda görəcəyik. Çalışıb oyuna diktə edən tərəf olmalıyıq”.

0
0