DÇ-2012: Yığmamızın iştirak ərizəsi
20.09.2012 - 11:50
DÇ-2012: Yığmamızın iştirak ərizəsi
2 gündən sonra start götürəcək 17 yaşadək qızlar arasında dünya çempionatında mübarizə aparacaq milli komandaların iştirak ərizələri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışa 21 futbolçu sifariş edib.

Baş məşqçi Sissi Rayt turnirdə 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 3 hücumçunun xidmətindən yararlanacaq.

Qapıçılar: 1. Aytac Şərifova, 12. Günay İsmayılova, 21. Hulya Cin

Mudafiəçilər: 2. Jalə Məhsimova, 4. Ləman Bağırova, 5. Nərgiz Ömərova, 7. Əminə Heydərova, 11. Şəfəq Nəsirova, 14. Suheyla İltar, 15. Kamilə Məmmədova, 17. Olya Şioşvili

Yarımmüdafiəçilər: 3. Jalə Məmmədova, 6. Maya Danqadze, 9. Sevinc Qurbanova, 10. Nigar Cəlilli, 13. Aysun Əliyeva, 18. Leyla Solmaz, 20. Sabrina Ronaggi

Hücumçular: 8. Aliyə Vəliyeva, 16. Melis Sarıaltın, 19. Süsən Mənsimova.