Serbiyalı azarkeşlər Saşa Stamenkoviçi təhqir etdilər
20.09.2012 - 23:20
Serbiyalı azarkeşlər Saşa Stamenkoviçi təhqir etdilər
“Neftçi” klubunun qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının qrup mərhələsində Belqradda “Partizan”la oyun öncəsi yerli azarkeşlərin təzyiqi ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, serb fanatlar Stamenkoviçi fitə basıb, onunla bağlı təhqiramiz şüarlar səsləndiriblər.

Buna səbəbsə Stamenkoviçin bir vaxtlar “Partizan”a əsas rəqib hesab edilən Serbiyanın başqa bir təmsilçisi “Srvena Zvezda”da oynamasıdır.