Vladimir Vermezoviç: Hərə öz oyununu öz istədiyi kimi görür - MÜSAHİBƏ
21.09.2012 - 01:59
Vladimir Vermezoviç: Hərə öz oyununu öz istədiyi kimi görür - MÜSAHİBƏ
Avropa Liqasının qrup mərhələsinin Belqradda “Neftçi” ilə qolsuz bərabərlikdən sonra “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviç mətbuat konfransı keçirib. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumata görə, mütəxəssis əvvəlcə qarşılaşma barədə danışıb.

- Çox ağır oyun oldu. Rəqibin qol vurmaq üçün bir neçə imkanı var idi. "Neftçi"ni təbrik etmək istəyirəm. Onlar bu oyunda özlərini yaxşı tərəfdən göstərdilər. Bu gün xal qazanmaq istəyirdik. Növbəti oyunlarımız bundan daha çətin olacaq. Bizi daha da ağır oyunlar gözləyir. Bizim istifadə etməyimiz real bir şansımız oldu. Ümid edirəm ki, bundan sonra daha da yaxşı çıxış edə biləcəyik.

- “Neftçi” Avrokuboklarda evdə neçə ildir uduzmur. Son məğlubiyyəti “Srvena Svezda” ilə oyunda olub.
- Hər şeyin bir sonu olur. Bu da bizimlə oyunda olar.

- "Neftçi"nin baş məşqçisi dedi ki, biz bir xal qazanmadıq, iki xal itirdik. Siz bununla razısınız?
- Yox, həmkarəmın fikriylə razı deyiləm. Hərə öz oyununu öz istədiyi kimi görür. Hamının istədiyi kimi düşünməyə haqqı var. Fürsətdən istifadə edib, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onlar son dəqiqəyə qədər komandalarını dəstəklədilər.

- Qrupda məqsədiniz nədir?
- Bütün iştirakçılar birincilik uğrunda yarışacaqlar. Əgər biz fikirləşsək ki, 2-ci, yaxud 3-cu olacağıq, onda heç nəyə nail olmaq mümkün olmayacaq.

- Oyundan sonra Stamenkoviçə qarşı edilən hərəkətə münasibətiniz necədi?
- Mən onun nə hərəkət etdiyini görmədim. Ola bilər ki, nəsə futbolçularda reaksiya doğurub. Hamıya məlumdur "Partizan"la "Srvena Zvezda" arasında münasibətlər yaxşı deyil, gəlin, bu haqda danışmayaq.