Azərbaycan Bosniya və Herseqovinanı da keçdi
21.09.2012 - 09:11
Azərbaycan Bosniya və Herseqovinanı da keçdi
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar və Avropa Liqasının qrup mərhələsinin ilk turunun qarşılaşmalarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,250 xalı yazıb. Bu, “Neftçi”nin Serbiyada “Partizan”la heç-heçə etməsi sayəsində mümkün olub – 0:0.

Təsnifat mərhələsindən fərqli əsas mərhələdə heç-heçə artıq 0,125 deyil, 0,250 xal gətirir. 0:0 hesablı heç-heçə ilə cari mövsüm qazanılan xallarımızın sayı rekord həddə - 2,500-ə çatıb.

Cari mövsüm toplanan xalların ən böyük hissəsi – 1,125-i “Neftçi”nin, 0,750-si “İnter”ın payına düşür. Digər 0,500 xal “Xəzər Lənkəran”ın, 0,125-i isə “Bakı”nın hesabındadır.

“Neftçi”nin qələbəsi sayəsində son 5 ilə əsasən özümüz üçün rekord - 8,041 xal yığmağa imkan verib. Bunun da sayəsində Azərbaycan daha bir pillə irəliləyib. Bu dəfə Bosniya və Herseqovinanı arxada qoyaraq 33-cü pilləyə yüksəldik. Futbol tariximizdə növbəti rekord olan bu pillə daha da yaxşılaşa bilər. Belə ki, bizi 32-ci yerdən 1 qələbə ayırır. Özü də izləyicilərimiz kimi 32-ci olan Finlandiyanın da təmsilçisi qalmadığından bu çox realdır.


UEFA reytinqinin 4-cü onluğu

yer

Ölkə

reytinq

Qalıb/klub

31

Sloveniya

8,958

1/4

32

Finlandiya

8,508

0/5

33

Azərbaycan

8,041

1/4

34

Bosniya-Herseqovina

7,833

0/4

 35

Moldova

7,666

0/4

36

İrlandiya

7,375

0/4

37

Litva

6,500

0/4

38

Qazaxıstan

5,958

0/4

39

Latviya

5,791

0/4

40

İslandiya

5,416

0/4