“Neftçi” Belqradda 100 min avro qazandı
21.09.2012 - 11:15
“Neftçi” Belqradda 100 min avro qazandı
“Neftçi” Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Partizan”la heç-heçə (0:0) etməklə avrokuboklarında ilk oyununda xal qazandı. Apasport.az saytının məlumatına görə, bu nəticə ilə hesabına bir xal yazdıran Bakı klubu maliyyə baxımından da irəli düşüb.

Belə ki, UEFA qrup mərhələsində heç-heçə oynayan komandaların hər birinə mükafat verir. Serbiya klubu ilə bərabərə qalan təmsilçimiz buna görə 100 min avro qazandı.

Qeyd edək ki, “Neftçi” qalib gəlsəydi, büdcəsinə 200 min avro daxil olacaqdı.