“Dünya çempionatının Azərbaycanda təşkili böyük hadisədi”
21.09.2012 - 11:22
“Dünya çempionatının Azərbaycanda keçirilməsi böyük hadisədi. Bu, ölkənizdə futbolun inkişafına xidmət edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın prezidenti Yozef Blatter deyib.
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının açılışı ərəfəsində keçirilən mətbuat konfransında çıxış edən isveçrəli yarış haqda fikirlərini açıqlayıb: “Çempionatın belə bir fərqli məkanda keçirilməsi təqdirəlayiqdir. Coğrafi cəhətdən baxsaq, ölkəniz müxtəlif sivilizasiyaları birləşdirən məkandır. Elə ona görə də burdayam. Dünya çempionatının keçirilməsinə dövlət səviyyəsində ölkə prezidenti İlham Əliyev, AFFA-nın prezidenti Rövnəq Abdullayev böyük dəstək veriblər”.
Blatter yığmamız haqda da fikirlərini bildirib: “Azərbaycan yığmasını görməmişəm. Ona görə də onlar haqda nə isə deyə bilmərəm. Mən peyğəmbər deyiləm ki, əvvəlcədən dəqiq proqnoz verim. Çempionatda çıxış edən komandaların hər biri üçün 1/4 finala çıxmaq çətin olacaq”.
Qurum rəhbərli sabah keçiriləcək açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasına əminliyini söyləyib: “Sabahkı açılış mərasimi möhtəşəm olacaq. İndiyədək heç bir yarışda belə açılış mərasimi olmayıb. Dünya estradasının ulduzu Cenifer Lopes də ora dəvət olunub. Belə bir ulduzun gəlməsinin özü böyük hadisədir”.
Blatter mundialın təşkilatçılığından razılığını dilə gətirib: “Bu, qadın futbolçular üçün ilin sonuncu möhtəşəm yarışıdır. Olimpiadada qadınların yarışına 600 min bilet satılmışdı. U-20-lərin dünya çempionatında da qadın futboluna marağın necə böyük olduğunun şahidi olduq. Azərbaycanda da yarış əla təşkil olunub. Hər şey FİFA-nın tələblərinə uyğun şəkildədir”.
O, çempionatın oyunlarını qəbul edəcək stadionların çoxunun az sayda azarkeş tutumuna malik olmasına da münasibət bildirib: “Əminəm ki, Azərbaycanda yaxşı oyunlar olacaq. Bunun üçün burada əla mühit yaradılıb. Oyunlar üçün kiçik tutumlu stadionların seçilməsi isə əla qərardır. Böyük stadionların boş olmasındansa belə yaxşıdır”.
FİFA prezidenti final oyununa marağın böyük olacağını London-2012-ni xatırlatmaqla izah edib: “London Olimpiadasının final oyununu 70 min adam izlədi. Belə marağın olmasına yalnız 5 verə bilərəm. Dünya çempionatının keçirilmə hüququnun Azərbaycana verilməsi ilə bağlı heç bir çətinlik çəkmədik. Onlar 4 il idi ki, bizə müraciət edirdilər. İcraiyyə Komitəsi də bunu nəzərə alaraq hüququ ölkənizə verdi”.

0
0