FİFA prezidenti “Neftçi”ni təbrik etdi
21.09.2012 - 11:26
FİFA prezidenti “Neftçi”ni təbrik etdi
FİFA prezidenti Yozef Blatter “Neftçi” klubunun Avropa Liqasının qrup mərhələsində Serbiyada “Partizan” komandası ilə keçirdiyi ilk görüşünün nəticəsini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Yozef Blatter komandamızı və Azərbaycan futbolunu qazanılan 1 xal münasibəti ilə təbrik edib.

FİFA prezidenti bildirib ki, bu nəticə klub səviyyəsində Azərbaycan futbolunun inkişafını göstərir: “Bu, eyni zamanda Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatına vəsiqə uğrunda görüşlərinə də təsirsiz ötüşməyəcək, müsbət nəticəyə təkan ola bilər. Ümumiyyətlə, belə nəticələr Azərbaycan futbolunun düzgün yolda olduğunun göstəricisidir”.