Saşa İliç: Bəxtdən başqa hər şeyimiz var idi
21.09.2012 - 12:16
“Partizan”ın futbolçusu Saşa İliç Avropa Liqasının I turunda “Neftçi” ilə matçın heç-heçə bitməsinin səbəbini tapıb. Apasport.az saytının məlumatına görə, Serbiya təmsilçisinin kapitanı görüşün 0:0 hesabı ilə nəticələnməsini bəxtsizliklə izah edib.
İliç matç haqda fikirlərini açıqlayarkən, şanssızlığı önə çəkib: “Meydanda baş verənləri nəzərə alsaq, “Neftçi” ilə qarşılaşmada qalib gəlməli idik. Üstünlük də bizdə idi, qol imkanlarını da biz yaratdıq. Amma qalib gələ bilmədik. Bəxtdən başqa hər şeyimiz var idi. Bir az bəxtimiz gətirsəydi, qalib gələrdik”.

0
0