Vladimir Stoykoviç: 1 xal da pis deyil
21.09.2012 - 12:22
“Mən oyunun belə olacağını heç ehtimal da etmirdim. Bacardığımızı etsək də, qalib gələ bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun qapıçısı Vladimir Stoykoviç deyib.
Ölkəsinin milli komandasının da şərəfini qoruyan əlcək sahibi Avropa Liqasının I turunun “Neftçi” ilə oyunundakı 0:0 hesablı nəticəni ümumilikdə qənaətbəxş sayır: “Əslində, 1 xal da pis deyil. Biz bu xalı qazandıq. Qrup mərhələsi elə yarışdır ki, burada hər xal qiymətlidir. Nəzərə almalıyıq ki, “İnter”lə “Rubin” də heç-heçə edib. Bu o deməkdir ki, hamımızın eyni xalı var və mübarizə hələ irəlidədir”.

0
0