“Mamelodu Sandaun” rəsmisi yığmamıza inanır
21.09.2012 - 12:25
FİFA-nın Qadın Futbol Departamentinin üzvü Anastasiya Tsixlas Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının təşkilatçılığını yüksək dəyərləndirib. Apasport.az saytının məlumatına görə, CAR-lı futbol funksioneri bu gün təşkil olunan açılış mətbuat konfransında mundialın yüksək səviyyədə təşkil olunduğunu açıqlayıb.
“Mamelodi Sandaun” klubunun icraçı-direktoru olan Tsixlas yığmamıza da eyni səviyyədə uğurlu olmağı arzulayıb: “Əgər milli komandanız dünya çempionatına təşkilat komitəsi kimi hazırlaşıbsa, bu onlar üçün çox uğurlu olacaq. Onların bu yarışda yaxşı çıxış edəcəyinə inanıram”.

0
0