Elxan Məmmədov: Hər birimiz həyəcanlıyıq
21.09.2012 - 13:30
AFFA-nın baş katibi Elxan Məmmədov Bakıda keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatına hazırlıq işlərini qiymətləndirib. Apasport.az saytının məlumatına görə, yerli Təşkilat Komitəsinin sədri hər şeyin yüksək səviyyədə olduğunu deyib.
Məmmədov 160 işçidən qurulan heyətin çətinliklərindən də danışıb.
O bildirib ki, çətinlik yalnız vaxtla bağlı olub: “Bizim çətinliyimiz yalnız tarixlə bağlı olub. Hamımız dünya çempionatının başlamasını gözləyirdik. Artıq həmin vaxta 1 gün qalıb və hər birimiz həyəcanlıyıq”.
Baş katib Azərbaycanda yaxın illərdə qadınlar arasında da ölkə çempionatının keçiriləcəyini deyib: “Ölkəmizdə qızlar arasında U-15 və U-17 liqaları keçirilir. İkinci yarış UNİSEF-in dəstəyi ilə fəaliyyət göstərir. Müqayisə üçün bildirim ki, əvvəllər Azərbaycanda cəmi 25 qadın futbolçu olduğu halda, indi onların sayı 1700-ü ötüb. Gələcəkdə də U-17 liqası U-19 olacaq. Bu addımlarla qadın futbolu irəli gedəcək və çempionatın da keçirilməsi mümkün olacaq”.

0
0