Nigeriyadan yığmamıza 11 cavabsız qol – YENİLƏNİB
25.09.2012 - 17:55
Nigeriyadan yığmamıza 11 cavabsız qol – YENİLƏNİB
Bu gün keçirilən 4 oyunla 17 yaşadək qızlar arasında dünya çempionatında II tura start verilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan ikisi A, ikisi B qrupunda keçirilib.

Yığmamızın yer aldığı A qrupunda ilk matç Kanada və Kolumbiya arasında olub. İlk turda millimizi 4:0 hesabı ilə məğlub edən cənubi amerikalılar bu dəfə xalsız qalıblar – 0:1. 4 xalla liderliyə yüksələn kanadalılar isə bir neçə saatlıq zirvədə qalıb. Millimizlə görüşdə qol şousu göstərən Nigeriya millisi top fərqinə görə 1-ci yerə yüksəlib. Afrikalılar Lənkəranda 11:0 hesabı ilə qalib gəlməklə zirvəyə yiyələnib.

Bu qarşılaşmada 2 rekord qeydə alınıb. Nigeriya yığmasının üzvü Çinvendu İhezuo dünya çempionatları tarixində ilk penta-trikin müəllifi olub. Nigeriya yığması isə dünya çempionatları tarixində ən böyük hesablı qələbəni qazanıb. Onlar 3 gün əvvəl QambiyayA 11 cavabsız qol vuran KXDR millisinin rekordunu təkrarlayıb.

Digər qrupda isə favoritlərdən sayılan KXDR və Fransa hərəyə 1 qol vurub qalibi müəyyənləşdirə bilməyiblər. ABŞ millisi isə ilk turda koreyalılardan 11 cavabsız qol buraxan Qambiyanı darmadağın edib.

Qeyd edək ki, baş tutan oyunlardan sonra Azərbaycan və Qambiya yığmalarının qrupda qalacağı dəqiqləşib.

17 yaşadək qızlar arasında dünya çempionatı
Qrup mərhələsi

II tur

A qrupu

Kolumbiya – Kanada - 0:1
QOL: Klark, 51
Baş hakim:
Karina Vitulano (İtaliya)
Bakı. “Şəfa” stadionu
Kolumbiya: 1. Lisa Kardozo, 2. Diana Duarte, 4. Estefaniya Botero, 6. Dayana Katilyo (k), 8. Karolina Arbelaez, 10. Leysi Santos, 14. Yuliana Okampo, 15. Mariya Xaramillo, 16. Anyella Martines, 18. Qabriela Maldonado, 19. Marsela Restrepo

Kanada: 1. Kaylen Şeridan, 2. Lindsey Aqnyu, 4. Sammer Klark, 5. Rebakka Kuinn, 7. Eşli Lourens (k), 10. Valeri Sanderson, 11. Nişel Prins, 12. Kadeyşa Buxanan, 14. Rebekka Ponqetti, 19. Nikol Lonkar, 20. Larusa Staub

AZƏRBAYCAN – NİGERİYA - 0:11
QOLLAR: İhezuo, 5, 32, 37, 56, 71, Ayinde, 8, 24, Biahvo, 20, 74, Yakubu, 22, Bokiri, 68
Baş hakim:
Alondra Arellano (Meksika)
Lənkəran. Şəhər stadionu

Azərbaycan: 1. Aytac Şərifova, 2. Jalə Məhsimova, 6. Maya Danqadze, 7. Əminə Heydərova (k), 8. Aliyə Vəliyeva, 9. Sevinc Qurbanova, 10. Nigar Cəlilli, 11. Şəfəq Nəsirova, 14. Süheyla İltar, 18. Leyla Solmaz, 19. Sabrina Ronaggi

Nigeriya: 1. Gift Endi, 4. Oluçi Ofoeqbu, 5. Uqoçi Emenayo, 9. Aminat Yakubu, 10. Tessi Biahvo, 13. Mabel Effiom, 14. Halimatu Ayinde, 15. Viktoriya Aydelomon (k), 16. Jiroro İdike, 18. Ebeer Okoye, 19. Çinvendu İhezuo

1
Nigeriya
2
1
1
0
12-1
4
2
Kanada
2
1
1
0
2-1
4
3
Kolumbiya
2
1
0
1
4-1
3
4
AZƏRBAYCAN
2
0
0
2
0-15
0


B qrupu

Fransa – KXDR - 1:1
QOLLAR: Diani, 60 - Ri Un Sim, 59
Baş hakim:
Jillian Martindal (Barbados)
Bakı. “Dalğa Arena” stadionu
Fransa: 1. Romani Bröno, 4. Aissatu Tounkara, 5. Qrije Mbok Bati, 6. Lea Deklerq, 7. Lea Deklerk, 9. Kadidiatu Diani, 10. Sandi Toletti (k), 11. Pauline Kuzin, 13. Marion Romanelli, 14. Qutia Karçuni, 15. Noemi Karaj

KXDR: 18. Yonq Xva Rim, 4. Sol Qeonq Ço, 6. Xyanq Mi Kim, 7. Yun Qeonq Ço, 9. Xyanq Sim Ri, 10. Un Sim Ri, 11. Pxeonq Xva Kim, 12. So Yon Con, 15. Çunq Bok Ço (k), 16. Un Yonq Ri, 19. Keonq Xyanq Ri.

ABŞ – Qambiya - 6:0
QOL: Qrin, 25-p., 61, 71, Munerlin, 46, Stenton, 83, Peyn, 86
Baş hakim:
Etsuko Fukano (Yaponiya)
Bakı. “Dalğa Arena” stadionu

ABŞ: 1. Ceyn Kempbell, 3. Britani Besincer, 5. Meddi Bauer (k), 6. Sammer Qrin, 8. Amber Munerlin, 11. Toni Peyn, 13. Lizzi Raben, 14. Morqan Reyd, 16. Morqan Stenton, 17. Endi Sallivan, 21. Darian Cenkins

Qambiya: 1. Aminata Qaye, 2. Emi Jarju (k), 5. Binta Kolli (k), 7. Fatu Darbo, 9. Sani Sisohore, 10. Adama Tamba, 11. Ava Tamba, 12. Ava Demba, 16. Serret Jatta, 17. Fatu Fatti, 19. Metta Sanne

1
KXDR
2
1
1
0
12-1
4
2
ABŞ
2
1
1
0
6-0
4
3
Fransa
2
0
2
0
1-1
2
4
Qambiya
2
0
0
2
0-17
0