Ən çox Rəşad Sadiqov irəlilədi
25.09.2012 - 11:49
Ən çox Rəşad Sadiqov irəlilədi
Topaz Premyer Liqasının VI turunda “100 ən çox oyun keçirən futbolçu” siyahısında yer alanlardan 10-u meydanda olub. Apasport.az saytının məlumatına görə, onlardan “Neftçi””ın kapitanı Rəşad Sadiqov daha çox – 3 pillə irəliləyə bilib.

Yarımmüdafiəçi keçmiş komanda yoldaşı, AZAL-ın qapıçısı Cahangir Həsənzadə ilə milli çempionatımızdakı oyun sayını bərabərləşdirərək, onunla 51-52-ci pillələri bölüşdürür.

3.(3).Azər Məmmədov (“Kəpəz”) - 379
31.(32).Ceyhun Sultanov (“Sumqayıt”) - 256
32.(33).Emin İmaməliyev (“Kəpəz”) - 255
33.(34).Elmar Baxşıyev (“Qəbələ”) - 255
51.(53).Cahangir Həsənzadə (AZAL) - 235
52.(55).Rəşad Sadiqov (“Neftçi”) - 235
72.(73).Samir Abasov (“Sumqayıt”) - 216
77.(79).Vüqar Nadirov (“Qarabağ”) - 212
91.(92).Rəşad Sadıqov (“Qarabağ”) - 201
95.(97).Fərhad Vəliyev (“Qarabağ”) - 198

Rasim Əliyev