Cahangir Həsənzadə 100-ə çatdı
25.09.2012 - 11:56
Cahangir Həsənzadə 100-ə çatdı
Topaz Premyer Liqasının VI turunda “İnter”lə ev oyunu AZAL-ın qapıçısı Cahangir Həsənzadə üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, millimizin 33 yaşlı sabiq üzvü qapısının toxunulmaz saxladığı oyunların sayını 100-ə çatdırıb. Bununla, artıq 5 qapıçı bu mərhələni arxada qoyub.

İlk dəfə 100 oyunda qol buraxmayan qapıçımız Nizami Sadıqov olub. Artıq xeyli vaxtdır karyerasını bitirən keçmiş qapıçı “Turan”ın heyətində 2001-ci ilin dekabrın 15-də MOİK-lə səfər oyununda bu səddi keçib.

Hüseyn Məhəmmədov 2005-ci ilin avqustun 21-də “Olimpik”in heyətində “Şahdağ”la səfər, Elxan Həsənov 2006-cı ilin fevralın 17-də “Karvan”ın heyətində “İnter”lə ev oyununda rekordunu reallaşdırıb. Rauf Mehdiyev də 100 “quru oyunu”nu “Olimpik”də oynadığı zamanı qeyd edib. Bu, 2007-ci ildə noyabrın 11-də “Simurq”la ev oyununda baş verib. Hazırda bu səddi keçən qapıçıların nəticəsi belədir:

1. Rauf Mehdiyev 139 (1992-2012)
2. Hüseyn Məhəmmədov 120 (1992-2009)
3. Nizami Sadıqov 108 (1992-2004)
4. Elxan Həsənov 106 (1992-2008)
5. Cahangir Həsənzadə 100 (1995-2012)

Rasim Əliyev