Sissi Rayt: Komandamla fəxr edirəm
25.09.2012 - 20:22
Sissi Rayt: Komandamla fəxr edirəm
“Nigeriya yığmasını təbrik edirəm, çox güclü komandadır”. Apasport.az saytının xəbərinə görə, 17 yaşadək qızlardan ibarət millimizin baş məşqçisi Sissi Rayt deyib.

Azərbaycan yığması ölkəmizdə keçirilən dünya çempionatının ikinci turunda Nigeriya ilə qarşılaşdı. 0:11 hesabı ilə uduzan komandamızın almaniyalı çalışdırıcısı nəticədən narazı qalıb: “Qeydə alınan nəticəyə sevinə bilmərəm. Komandamız son anadək mübariz apardı.

Mən buna görə, komandamla fəxr edirəm. Kolumbiya və Nigeriyada qadın futbolunun 20 yaşı var. Bizə isə inkişaf üçün vaxt lazımdı. Bu məğlubiyyətə əsas şərt rəqibin güclü olmasıdı. Nigeriya ilə 2 il əvvəl oynasaydıq, hesab daha böyük olardı”.