“Bütün bunlar düzgün yolda olduğumuzu sübut edir”
28.09.2012 - 09:18
“Bu yaş qrupundan - 1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandamız bir çox turnirlərdə və xarici səfərlərdə olub. Əvvəlki dövrdə futbolçularımız fiziki baxımdan rəqiblərindən geri qalırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı deyib.
O, Türkiyədə təlim-məşq toplanışında olan U-16 komandasının yerli “Fənərbaxça” ilə oyunu (1:1) haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Lakin son iki oyunda – “Beşiktaş”a və “Fənərbaxça”ya qarşı matçlarda komandamız yüksək səviyyəli oyun nümayiş etdirdi. Futbolçularımız həm fiziki, həm də psixoloji baxımdan yaxşı mübarizə apardılar. Hesabda geri düşmələrinə baxmayaraq, oyunun tempini aşağı salmadılar və sona qədər “döyüşdülər”. Bütün bunlar düzgün yolda olduğumuzu sübut edir. Hələ ki, komandamız potensialının 40 faizini nümayiş etdirir. Potensialımızın 80-90 faizini nümayiş etdirəcəyimiz təqdirdə futbolçularımız həm “Qəbələ”nin əsas komandası, həm də Azərbaycan yığmasında çıxış üçün tam hazır olacaqlar”.

0
0