“Azərbaycana qarşı oynamağın nə olduğunu hamı bilir”
28.09.2012 - 10:06
“Azərbaycana qarşı oynamağın nə olduğunu hamı bilir”
“Azərbaycan milli komandası ilə oyun heç də asan olmayacaq. Çünki meydan sahiblərinə qarşı oynamağın nə olduğunu hamı bilir. Axı bütün tribunalar onları dəstəkləyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Kanada milli komandasının futbolçusu Kaleb Klark deyib.

O, Azərbaycanda keçirilən dünya çempionatının qrup mərhələsinin III turunun yığmamızla oyunu haqda fikirlərini açıqlayıb: “Buna baxmayaraq, özümüzə və qüvvəmizə inanmalıyıq. Bacardığımız kimi oynamalıyıq ki, istəyimizə çataq. Ötən tur Kolumbiya üzərində qazandığımız çətin qələbə gücümüzə inamı bir az da artırıb”.

Klark mundialdakı hədəflərini də açıqlayıb: “Çempionluğu qazanmaq əla olardı. Bunu bacarmasaq heç olmasa ilk “üçlüy”ə düşəcəyik”.