Sneyder Bakıya gələsi olmadı
28.09.2012 - 10:33
Sneyder Bakıya gələsi olmadı
“İnter”in futbolçusu Uesli Sneyderin Avroliqanın qrup mərhələsində “Neftçi” ilə oktyabrın 4-də Bakıdakı matçı buraxmaq ehtimalı artıb. Apasport.az saytının məlumatına görə, A seriyasının V turunda “Kyevo”ya səfərdə qalib (2:0) gəldikləri oyunda zədə üzündən 26-cı dəqiqədə əvəzlənən hollandiyalı yarımmüdafiəçinin zədəsi ciddidir.

Belə ki, Milan klubunun həkimləri öncə Sneyderin yalnız yüngül xəsarət aldığını düşünüb. Ancaq sonradan məlum olub ki, Ueslinin omba nahiyəsində əzələsində problem yaranıb. Bu isə onun uzun müddət yaşıl meydandan kənarda qalmağı deməkdir.

İndi Sneyder həkimlərdən son cavabı gözləyir. Əgər onun zədəsi ciddiliyi ilə bağlı diaqnoz təsdiqlənərsə, futbolçu nəinki “Neftçi”, A seriyasında 2 oyunu – “Fiorentina” ilə oyunu və “Milan”la derbi matçı buraxacaq.