“Siz oynayanda biz televizora yapışırıq”
28.09.2012 - 11:42
“Azərbaycana ona görə gəlməmişəm ki, sizlərin fikrinizi yayındırım. Məqsədim layiq olduğunuz qiyməti verməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Nigeriya Futbol Federasiyasının I vitse-prezidenti Mayk Okeke Umeh deyib.
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının qonaqlarından olan Umeh Nigeriya yığmasının futbolçuları ilə görüşüb. Onların qarşısında çıxış edən Umeh qızlardan yarımfinala çıxmağı xahiş edib və II turun Azərbaycan yığması ilə oyunundakı 11:0 hesablı qələbədən danışıb: “Nigeriya futbolunda sizin Azərbaycan yığması ilə oyunda göstərdiyiniz qolçuluq bacarığına bənzər bir şey yoxdur. Xəbəriniz olsun ki, siz oynayanda bütün Nigeriya, biz televizorlara yapışırıq. Hamımız sizə dəstək olub, arxanızda dayanmışıq. Yığmamız üçün hamımız dua edirik. Bilirik ki, Kolumbiya ilə qarşılaşma həlledicidir. Xahiş edirik ki, yarımfinala qədər irəliləmək üçün hər şey edin. Sizlərə heç bir mükafat vəd olunmayıb. Lakin əmin olun ki, hər şey yaxşı olacaq”.

0
0