“İnter” Bakıya nə vaxt gələcək?
28.09.2012 - 13:00
İtaliyanın “İnter” klubunun Azərbaycana səfərinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi “Neftçi” ilə oktyabrın 4-də keçirəcəyi səfər oyununa 1 gün qalmış gələcək.
Adlı-sanlı komandanı çarter reysi ilə gətirən təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. İtalyanlar ölkəmizə neçə nəfərlik nümayəndə heyəti ilə gələcəyi haqda hələ məlumat verməyiblər.
“İnter” hava limanından birbaşa oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna yollanacaq. Çempionlar Liqasının qalibi orada matç öncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, “Neftçi” - “İnter” oyunu saat 21:00-da keçiriləcək.

0
0