Klub nümayəndələri AFFA-ya toplaşdı
28.09.2012 - 14:10
Klub nümayəndələri AFFA-ya toplaşdı
Bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir 2013-2014-cü il lisenziyalaşdırma mövsümünə həsr olunub.

Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, Maliyyə və Kadr-İnzibati Meyarlar üzrə ekspert Bəhram Dadaşov və UEFA ilə əlaqələndirici Anar Kazımlının iştirak etdiyi görüşdə klublara qarşıdan gələn lisenziyalaşdırma mövsümü ilə bağlı ətraflı məlumat verilib, paket sənədlər təqdim olunub. Klub nümayəndələrinin diqqətinə həmçinin Maliyyə Fair Play-i ilə bağlı yeniliklər çatdırılıb, UEFA-nın bu məsələlərə xüsusi həssaslıqla yanaşdığı vurğulanıb.

Qeyd edək ki, keçən mövsüm I Divizion komandaları lisenziyalaşdırma ilə bağlı problemlə üzləşdiklərindən Premyer Liqaya vəsiqə qazana bilməmişdilər.