“Xəzər Lənkəran” yenə xal itirəcək?
28.09.2012 - 14:16
Sabah Topaz Premyer Liqasında VII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, bugünkü açılış oyunu kimi nəzərdə tutulan “İnter” – “Neftçi” matçı təxirə salındığından, tur sabah başlayacaq. Məhz şənbə matçları daha çox diqqət mərkəzində olacaq.
Turun mərkəzi oyunu Zaqatalada keçiriləcək. Çempionatın vahid lideri “Simurq” ən yaxın izləyicilərindən olan “Qarabağ”ı qəbul edəcək. Ağdamlılar rəqibinə çatmaq üçün yaxşı fürsət yaxalayıb.
Belə ki, qonaqlar qalib gələrsə, “Simurq”la xallarını bərabərləşdirəcək. Bununla da zaqatalalılar cari mövsümdə ilk məğlubiyyətini almış olacaq. “Simurq” isə növbəti qələbəsini qazanarsa, rəqibi ilə xal fərini 6-ya çatdıraraq, liderliyini daha da möhkəmləndirəcək.
Məğlubedilməz digər komanda olan AZAL bu dəfə Qəbələyə səfər edib. Son 2 oyununu uduzan “Qəbələ” köhnə-yeni baş məşqçisi Ramiz Məmmədovun rəhbərliyi altında meydana çıxacaq. Türkiyəli Fatih Kavlakın istefasından sonra bu posta qayıdan 44 yaşlı çalışdırıcı 2 illik fasilədən sonra çempionatımıza dönüşünü reallaşdıracaq.
Maraqlıdır ki, Məmmədovun 4 il çalışdırdığı “Qəbələdə debütü məhz evdə indiki rəqibinə qarşı olub. Onda Əsgər Abdullayevin baş məşqçisi olduğu, “Olimpik” adlanan komanda “Gilan” adını daşıyan rəqibini böyük hesabla yenmişdi – 3:0. İndi Məmmədov yığmada baş məşqçisi olmuş digər həmkarı - Vaqif Sadıqovla üzləşəcək. Sadıqovun cari mövsümdə iddialı komandası 2-ci yerdə gedərək, liderə çatmaq şansı var. “Qəbələ” isə itirilmiş xallardan sonra mütləq uğur qazanıb, baş məşqçisini qayıdışını qələbə ilə qeyd etməlidir.
“Turan” - “Xəzər Lənkəran” oyununu qonşuların dueli kimi dəyərləndirmək olar. İlk baxışdan qəribə görünsə də, lənkəranlılar hazırda turnir cədvəlinin aşağılarında yer alaraq, Tovuz klubunu 1 xal və 1 pillə qabaqlayır. Düzdür, cənub klubunun 1 oyununun ehtiyatda olduğunu da nəzərə almaq lazımdır. İstənilən halda, “Xəzər Lənkəran” mütləq 3 xal qazanıb, turnir cədvəlində vəziyyətini yaxşılaşdırmalıdır. Ötən turda “Qarabağ”ın Tovuzdakı oyunda qələbəni yalnız sonda qazandığını nəzərə alsaq, bu, heç də asan olmayacaq.
“Sumqayıt” ötən turda gözlənilmədən yendiyi öz meydanında digər paytaxt təmsilçisini sınağa çəkəcək. “Bakı” həmşəhərliləri “Neftçi”nin məğlubiyyətindən sonra rəqibini daha ciddi qiymətləndirməlidir.
29 sentyabr
16:00. “Turan” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Tovuz. Şəhər stadionu
16:00. “Qəbələ” – AZAL
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elşən Acalov, Orxan Məmmədov
Qəbələ. Şəhər stadionu
18:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, İnqilab Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
30 sentyabr
16:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İlham Əliyev, Elçin Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
20:00. “Rəvan” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Azər Əsgərov, Ramil Əhmədov
Bakı. “Bayıl-Arena” stadionu
Bombardirlər: Junior Nildo (AZAL) – 7, Zohair Benouahi (AZAL), Riçard Almeyda (“Qarabağ”) – hər ikisi 4.

komandalar | o | q | h | m | t | x | |
1 | Simurq | 6 | 4 | 2 | 0 | 10-2 | 14 |
2 | AZAL | 5 | 3 | 2 | 0 | 13-5 | 11 |
3 | Qarabağ | 6 | 3 | 2 | 1 | 11-8 | 11 |
4 | İnter | 6 | 2 | 3 | 1 | 5-4 | 9 |
5 | Qəbələ | 6 | 2 | 1 | 3 | 7-9 | 7 |
6 | Sumqayıt | 6 | 2 | 1 | 3 | 8-15 | 7 |
7 | Neftçi | 4 | 2 | 0 | 2 | 7-5 | 6 |
8 | Bakı | 4 | 1 | 3 | 0 | 5-3 | 6 |
9 | Rəvan | 6 | 1 | 3 | 2 | 6-8 | 6 |
10 | Xəzər L | 5 | 1 | 2 | 2 | 6-5 | 5 |
11 | Turan | 6 | 1 | 1 | 4 | 5-10 | 4 |
12 | Kəpəz | 6 | 1 | 0 | 5 | 4-13 | 3 |

0
0